Home > Uncategorized > SİZDƏN HEÇ ŞİKAYƏT EDİBLƏRMİ?

SİZDƏN HEÇ ŞİKAYƏT EDİBLƏRMİ?

Tərcüməçi etikasının vacibliyini xatırlatmaq üçün..

Bu ilin ikinci ayından bu yana cəlb olunduğum önəmli bir layihədə bu gün ilk iradı qəbul etdim. Layihə barədə onu deyim ki, fevral ayından bəri Bakıda və regionlarda yeni istifadəyə verilmiş müasir laboratoriyalarda yerli laboratoriya işçiləri üçün mütəmadi təlimlər keçirilir və mən həmin təlimlərdə ABŞ-dan və Birləşmiş Krallıqdan dəvət edilmiş mütəxəssislər üçün tərcümə edirəm. Yeni müasir laboratoriyaların maraqlı cəhəti ondan ibarətdir ki, onların analoqu var..əslində hamısı bir-birinin analoqudur. Yəni hansı rayonda olmağından asılı olmayaraq, laboratoriyaya girəndə qəriblik çəkmirsən: hamısı nöqtəsinə qədər eynidir. Nə isə..

Fevral ayından bu yana bu təlimlərdə sona kimi xeyli tərcüməçilər dəyişdi. Səbəb isə tərcüməçilər haqda trenerlərin verdiyi mənfi rəy olur adətən. Biri “özünü apara bilmir”, biri kifayət qədər peşəkar deyil, biri tənbəldir, “axotu yoxdur” hər şeyi tərcümə etməyə…layihənin sonuna qədər təlimlərdə hələ də cəlb olunmağıma səbəb yuxarıdakı iradlar tuş gəlməmə cəhdlərim, bir də nənəmi öldürməməyimdir..yeri gəlmişkən, bir nəfərin də nənəsi ölmüşdü..

Bir nəfər də layihənin sonuna yaxın telefon aludəçisinə çevrildi. Trener danışır, tərcüməçi isə bir tərəfdən tərcümə edir, digər tərəfdən telefonda dayanmadan kimlərəsə nəsə yazır. Trener təbii ki, fikrini toplamaqda çətinlik çəkir. Görəsən, tərcüməçi həqiqətən dediklərini tərcümə edə bilirmi?  Əlbəttə ki edirdim J Əslində trener də bunu bilir, amma məsələ bunda deyildi.

Mikrobiologiya ilə bağlı sayca dördüncü olan təlimdə davamlı olaraq iştirak etdiyim üçün bütün təlim materiallarını, mühazirələri, hansı gün nələri edəcəyimizi, nəyi nə vaxt edəcəyimizi, trenerin ağzından çıxacaq sözləri, iştirakçıların verəcəyi sualları və trenerin cavablarını demək olar ki, əzbər bilirəm. Ona görə nəyi necə tərcümə etdiyimi bəzən özüm hiss etmirəm. Bu arada təbii ki, darıxdığım üçün telefonda ya Facebook-a nəzər salıram, ya Gchat-da iş yoldaşlarımla danışıram, ya da xəbərləri oxuyuram J Özümdə bu tendensiyanı artıq xeyli müddətdir müşahidə edirəm. Trener də nəhayət dünən müşahidə edib layihə koordinatoruna bildirdi. Koordinator da mənə. Iradı haqlı olaraq qəbul etdim və bu gün laboratoriyaya telefon aparmadım J Təbii ki, bu böyük problem deyildi. Amma məsələ bunda da deyil..

Öhdəliyimə götürdüyüm bütün işlərdə əsas diqqət səhvlərdən yayınmağa və beləliklə, iradlardan qorunmağa çalışmaqdır. Tərcüməçinin tərcüməçi kimi reputasiyası da məhz onun buraxdığı səhvlər, məruz qaldığı iradlarla korlanır. Göründüyü kimi, tərcümədə önəmli olan sadəcə tərcüməni keyfiyyəti deyildir. Xüsusilə şifahi tərcümədə tərcüməçi etikasının gözlənməsi çox vacibdir.

Tövsiyəm bundan ibarətdir ki, nə qədər özünüzdən əmin olsanız belə, hər gün eyni şeyi tərcümə etmək məcburiyyətində qalsanız belə, işiniz maraqlı olmasa belə, təcrüməçi olaraq, peşəkarlığınızı qorumaq məcburiyyətinizdəsiniz ki, maraqlı işlər də sizdən yan keçməsin. Məhz buna riayət etmədiyi üçün bir neçə abzas yuxarıda yazdığım sadaladığım səbəblər tərcüməçilərin təlimlərdən uzaqlaşdırılmasına səbəb oldu.

Tərcüməçi etikasını gözləyək və nüfuzumuzu qoruyaq!

HAPPY TRANSLATING!

Categories: Uncategorized
  1. Kamil Ilqar Zeynalov
    November 16, 2011 at 4:17 am

    Bakalavrda yazili ve shifahi tercume zamani muellimlerden aldigim iradlardan bashqa shikayet almamisham. Amma men bunu bele de esaslandira bilerem: “Tercumecisi oldugum dili (ispan) az adam bilir, ona gore de bunu yoxlamaq cetindi :)”.. Amma meni taniyanlar bilir ki, bir ish gorende onu tam deqiq gormeye calishiram ve ya onu hec gormurem :)..
    Ugurlar!

  2. aytan
    September 22, 2011 at 10:16 am

    background, etika…. tercumeci ele hey inkisaf etmelidir. creative senet)).medeni peshe. hamiya ugurlar. Allah bizi peshekar tercumecilerden elesin.AMIN!)))

  3. Gulnara
    September 15, 2011 at 8:11 am

    Təvazökarlıqdan uzaq da olsa, heç vaxt şikayət almamışam, amma öz işimdən həmişə narazı qalıram. Tərcüməçi üçün əsas keyfiyyətlərdən biri də özünə qarşı tənqidi münasibət göstərməkdir. Gərək öz işini kənardan qiymətləndirə biləsən və hərəkətlərinə fikir verəsən. Səhv etmək hamıya xasdır, amma səhvini boynuna alıb düzəltməyə çalışmaq isə peşəkarklara xas xüsusiyyətdir. Bu keyfiyyət isə səndə varsa, deməli, sən də peşəkarsan və bu münasibətlə səni təbrik edirəm )

  4. Ismayil
    September 15, 2011 at 4:17 am

    Ulker, haqlisan tercumecinin basqa elmlerden de anlayisi olmalidir.Menim bu telimde tercume etmeyim ucun biologiya,kimya ve riyaziyyat biliklerim xeyli komek oldu.Meselen,hansisa mehlulun hazirlanmasini basa salmaq,hansisa kimyevi ve ya biioloji prosesi izah etmek mueyyen baza teleb edir.Amma istenilen telimde elbette telikm materiallari olur.Telimden bir gun qabaq materiallarla tanis olmaqq isi daha da asnlasdirir.
    Resad abim,Tesekkurler :))

  5. Ulker
    September 14, 2011 at 7:30 pm

    Mikrobiologiya? hmm. Tercumecinin ishi tekce bir dilde deyilenleri o bire dilde catirmagdan ibaret deyil. Tercumecinin hem de gerek bashqa elmlerden de az cox anlayishi olsun, yoxsa ish daha da cetinleshir. Men bu deyqe iqtisadi tercumeler eliyirem, amma elediyimi oxuyanda hec bir shey mene catmir. ele bilirem dunyanin yuku ustumdedi. Mirkobiologiya maragli geldi. Mende nece alinardi goresen?

  6. Resad abin :)
    September 14, 2011 at 6:55 pm

    Sagol abi,iyi is cikarmishsin,basarilarinin devamini bekleriz…

  7. Elmira
    September 14, 2011 at 5:24 pm

    Etika vacibdir! sagolun

  1. No trackbacks yet.

Şərh yaz